NATO: Rusiya Ukraynanın şərqinə minlərlə “vaqner”çiləri göndərə bilərbackend

NATO: Rusiya Ukraynanın şərqinə minlərlə "vaqner"çiləri göndərə bilər

“Rusiya Ukraynanın şərqində “Vaqner” özəl hərbi şirkətinin muzdlularından istifadə edir və bu hərbçilərin mindən çoxunu döyüşə cəlb edə bilər”.

KONKRET.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bunu NATO-nun yüksək rütbəli rəsmisi deyib.

O qeyd edib ki, Moskva itkiləri ödəmək üçün xüsusən muzdluları (o cümlədən əcnəbiləri) Ukraynada yerləşən Rusiya bölmələrinə necə inteqrasiya edəcəyini hələ dəqiq müəyyən edə bilməyib.

NATO-nun məlumatına görə, hazırda Rusiyanın Ukraynada 80-dən çox taktiki qrupu var. Qoşunlarının Kramatorska doğru irəliləməyə çalışdığı Rusiyanın Donbasdakı hazırkı hərəkətləri hərbi əməliyyatların artmasından xəbər verir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*