Naxçıvan-Şahbuz magistralında yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Vayxır kəndi ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində Şahbuz rayonu Keçili kənd sakini, 1981-ci il təvəllüdlü Fətullayev Mehman Ələmdar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
