Naxçıvanda yol qəzası oldu – Bir nəfər yaralandıbackend

Naxçıvanda yol qəzası oldu - Bir nəfər yaralandı

Naxçıvan şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

Qəza nəticəsində “Toyota Land Cruiser Prado” markalı avtomobillə “KİA” markalı avtomobil toqquşub.

Hadisə zamanı sürücülərdən biri – Naxçıvan şəhər sakini Alışov Nəriman Zamiq oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının Travmotologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*