Naxçıvanda yüksək dağlıq ərazidə məşğələlər keçirilir – VİDEObackend

Naxçıvanda yüksək dağlıq ərazidə məşğələlər keçirilir - VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən çətin qış şərtlərində məşğələlər keçirilir.

Müdafiə Nazirliyindən KONKRET.az-a verilən xəbərə görə, Naxçıvan Qarnizonu Qoşunlarının xüsusi təyinatlı bölmələri ilə “Yüksək dağlıq ərazidə və şiddətli soyuqlarda bölmələrin fəaliyyəti” mövzusunda keçirilən məşğələlər davam edir.

Artıq bir qar şəhərciyinə çevrilmiş təlim ərazisində xüsusi təyinatlı bölmələr tərəfindən pusqu, basqın və ərazidə yerləşmə kimi fəaliyyətlər icra edilir.

Qarlı-çovğunlu şəraitdə hərəkət üsul və fəndlərini öyrənən şəxsi heyətin dağlıq ərazidə və hərəkətdə atəşaçma bacarıqları təkmilləşdirilir.

  • Namiq
    Mart 20, 2022 - 03:42

    Bu kimi videoları zəhmət olmasa ƏƏSMN-nin əməkdaşlarına, xüsusilə Sahil Babayevə, Himalay Məmişoxa və başqalarına göndərin. Görsünlər ki, hərbi qulluqçular hansı şəraitdə xidmət edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*