Nazarbayev bütün imtiyazlardan məhrum edildibackend

Nazarbayev bütün imtiyazlardan məhrum edildi

Nursultan Nazarbayev 2019-cu ildə prezident səlahiyyətini təhvil verdikdən sonra “Qazaxıstan Respublikasının birinci prezidenti – Elbaşı haqqında” Qanuna uyğun olaraq eks dövlət başçısının fəaliyyətini təmin etmək üçün dövlət hesabına dəftərxana yaradılmşdı. Fəqət məlum referendumdan sonra Nazarbayevin bütün imtiyazları avtomatik olaraq qüvvədən düşmüş hesab edildi.

KONKRET.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə respublikanın Ədliyyə Nazirlİyinin qanunvericilik departamentinin direktoru Nazken Cəmaləddin açıqlama verib.

O bildirib ki, hazırda hakimiyyət keçmiş dövlət başçısı Nursultan Nazarbayevin dəftərxanasının aqibəti barədə düşünür və bu məsələlərin həlli ilə məşğuldur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*