Nazir müavini təyin edilən İndira Hacıyevanın TƏRCÜMEYİ-HALIbackend

Nazir müavini təyin edilən İndira Hacıyevanın TƏRCÜMEYİ-HALI

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbova yeni müavinlər təyin edilib.

KONKRET.az-ın məlumatına görə, Azərbaycan Prezidentinin 29 noyabr 2021-ci il tarixli sərəncamı İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.

Nazir müavini İndira Hacıyevanın qısa tərcümeyi-halını təqdim edir:

İndira Niyazi qızı Hacıyeva 1982-ci ildə Bakı Dövlət Universitetinin Riyaziyyat və fizika fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1982-ci ildən Elmlər Akademiyası Kosmik Tədqiqatlar ETB, Yer ehtiyatları kosmik tədqiqatlar institutunda mühəndis kimi başlayıb. Müxtəlif dövlət orqanlarında çalışıb.

2000-2001-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin İctimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsində müdir işləyib.

2001-ci il iyunun 1-də Gənclər, İdman və Turizm Nazirliyində Uşaq və Gənclərlə iş üzrə Baş İdarənin Uşaqlarla iş şöbəsində baş təlimatçı vəzifəsinə təyinat alıb. 2001-ci il sentyabrın 1-dən 2003-cü il oktyabrın 24-dək Uşaqlarla iş şöbəsinin rəisi, 24.10.2003-01.02.2006-cı illərdə isə Gənclər, İdman və Turizm Nazirliyi, Uşaq və gənclərlə iş üzrə şöbəsinin Uşaqlarla iş sektorunun müdiri vəzifəsində çalışıb.

27.02.2006-19.09.2007-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Baş məsləhətçi işləyib.

01.05.2009-01.01.2012-ci illərdə Gənclər və İdman Nazirliyində Gənclərlə iş şöbəsinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri olub.

01.01.2012-ci ildən bu ilin sentyabrına kimi isə adı çəkilən nazirlikdə Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışırdı.

İ.Hacıyeva Azərbaycan Respublikası Prezidentinin 08 fevral 2011-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

22 iyun 2016-cı il tarixli sərəncamla isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni alıb.

  • rabbi
    Dekabr 3, 2021 - 23:49

    çox maraqlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*