Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinin direktor müavini Elçin Əliyev işdən çıxıb.
KONKRET.az report-a istinadən xəbər verir ki, nazir Rəşad Nəbiyevin əmri ilə sözügedən vəzifə İnara Vəliyevaya həvalə olunub.
Yeni direktor müavini bu təyinata qədər özəl sektorda rəhbər vəzifədə çalışıb.
MHM-dən xəbəri təsdiqləyiblər.

