Neftçalada yol qəzası oldu, 4 nəfər xəsarət aldıbackend

Neftçalada yol qəzası oldu, 4 nəfər xəsarət aldı

Neftçala rayonunda yol qəzası baş verib, 4 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Bankə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, avtomobillərin toqquşması nəticəsində Neftçala rayon sakinləri, 1959-cu il təvəllüdlü İsayeva Məhluqə Əbil qızı, 1962 ci il təvəllüdlü İbrahimova İradə Həsənbala qızı, 1988-ci il təvəllüdlü Lalayev Fərrux Ölməz oğlu və Bakı şəhər sakini, 1950-ci il təvəllüdlü Axundova Gülxəndə Həsənbala qızı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*