Niderland Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları çərçivəsində hazırlanmaqda və texniki xidmətdə olan 13 rus yaxtasını ələ keçirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Niderland xarici işlər naziri Vopke Hoekstra bildirib.
Nazir qeyd edib ki, ölkə gömrüyü tərəfindən 5 yaxta istehsalçısında olan 13 yaxta ciddi nəzarət altına alınıb. Bunlardan on ikisi hazırlanmaqda, biri isə texniki xidmətdə olan yaxtadır.
Hoekstra texniki xidmətdə olan yaxtanın sanksiya siyahısında adı olan şəxslə əlaqəsinin araşdırıldığını qeyd edib, 13 yaxtanın istifadəsinə və ölkəni tərk etməsinə icazə verilmədiyini bildirib.
Nazir indiyə qədər ölkədə 516 milyon avro dəyərində Rusiya aktivinin dondurulduğu və 155 milyon avroluq əməliyyatın bloklandığı açıqlayıb.
İqbal Rzayev,
KONKRET.az
