Nikol bir ildə gürcü həmkarı ilə niyə 4 dəfə görüşüb?: İşgüzar səfər yoxsa gizli sövdələşmə? – İLGİNC DETALLARbackend

Nikol bir ildə gürcü həmkarı ilə niyə 4 dəfə görüşüb?: İşgüzar səfər yoxsa gizli sövdələşmə? – İLGİNC DETALLAR

2021-ci ilin 20 dekabr tarixində Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstana işgüzar səfər etməsi ilə bağlı erməni mediası məlumat yaydı. Həmin məlumatda Paşinyanın bu ölkəyə səfərinin əsas məqsədinin Gürcüstan və Ermənistan arasında fəaliyyət göstərən hökumətlərarası komissiyanın iclasında iştirak etmək olduğu deyilirdi. O, həmçinin gürcü həmkarı İrakli Qaribaşvili ilə də görüşməyi planlaşdırıb. İlk baxışdan Paşinyanın Gürcüstan səfəri işgüzar xarakter daşısa da, mövzunu dərindən araşdırarkən qarşımıza bir sıra maraqlı detalların və sualların çıxdığını görə bilərik”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Samir Hümbətov səsləndirib. O bildirib ki, burada diqqəti cəlb edən ilk məsələ əlbəttə ki, 2021-ci il ərzində Ermənistan və Gürcüstan baş nazirləri arasında 4-cü görüşün keçirilməsidir: “Digər tərəfdən Paşinyanın Brüssel səfəri də diqqət çəkən məqamlar sırasındadır. Çünki o, qərb dövlətlərinin liderləri ilə bağlı qapılar arxasında görüşlər təşkil etdi. Çox güman ki, onların Gürcüstana bəzi mesajları olacaq ki, bunu da Paşinyan vasitəsilə  çatdırmaq niyyətində ola bilərlər. Burada qeyd edilməli önəmli məsələlərdən biri də 10 dekabrda Moskvada baş tutan 3+3 formatında görüşdə iştirakdan Gürcüstanın imtina etməsidir. Yəni əvvəldən 3+3 formatına isti yanaşmayan Qərb dövlətləri üçün Gürcüstanı Rusiyadan kənar tutmaqda ən optimal variant Paşinyan sayıla bilər.  Görünür Qərb də bu fürsətdən yetərincə faydalanmaq eşqinə düşüb”.

Samir Hümbətov - Publika.Az

Politoloq əlavə edib ki, bir müddət öncə Gürcüstan tərəfi Azərbaycan və Ermənistan arasında dialoqun təşkili üçün əlindən gələni etməyə hazır olduğunu açıqlayıb: Düşünmək olar ki, Brüssel səfərindən sonra əldə edilən nəticəni dəyərləndirən Paşinyan üçün Moskva yaxud Soçidənsə Tiflis variantı daha məqbul hesab edilə bilər. Gürcüstan həm də bu ilin iyun ayında Ermənistan və Azərbaycan arasında mina xəritələrinin verilməsi və terrorçuların qaytarılması məsələsində vasitəçilik funksiyasını həyata keçirmişdi. Bütün bu qeyd olunanları dərindən təhlil edərkən belə nəticəyə gəlmək olar ki, Paşinyanın Gürcüstan səfərini sözün bütün mənalarında işgüzar adlandırmaq mümkündür”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*