Nikol ümid edir ki, düşmən gülməkdən öləcək – Alman ekspertbackend

Nikol ümid edir ki, düşmən gülməkdən öləcək – Alman ekspert

Almaniyalı mütəxəssis Tobias Pfenniq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqlı müsahibə verib.

KONKRET.az həmin müsahibəni təqdim edir:

– Ermənistan cəbhə xəttindən uzaq olan Siyəzən, Kürdəmir və Qəbələ rayonlarını yenidən raketlərlə atəşə tutub. Tərtər, Bərdə və Goranboya raket atılıb, ölən və yaralananlar var. Bir tarixçi kimi yadımdadır, 1945-ci ildə faşistlər də Londonu raket atəşinə tuturdu… Demək olarmı ki, Ermənistan eyni üsuldan istifadə edir?

– Bu yaxınlarda ballistik raketlərin tətbiqi ilə edilən hücumlar Ermənistan üçün o qədər də uğurlu olmadı. Azərbaycan onların hamısını məhv edə bildi. Bu, təəccüblü deyil, axı hədəf şəhərlər Ermənistandan uzaqdır. Raketlərin uçuş müddəti nə qədər çox olsa, onları məhv etmək bir o qədər asandır. Gəncə münaqişə zonasına yaxındır və ballistik raketin məhv edilməsi üçün vaxt çox azdır. Məhz buna görə də Ermənistan şəhərə zərbə endirə bildi.

Ermənistan indi çıxılmaz vəziyyətdədir. Cənub cəbhəsi tamamilə çökdü və şimal istiqamətində hücumdan az sonra biz Xankəndi ilə Şuşanın mühasirəyə alınmasını görəcəyik. Nasist Almaniyası Ermənistan kimi İkinci Dünya müharibəsi zamanı raketdən britaniyalılara qarşı “qətliam silahı” olaraq istifadə edib. Bu ilk raketlər idi və onlar yüksək dəqiqlikləri ilə seçilmirdirlər. Onların hərbi obyektləri məhv etmək imkanı məhdud idi, lakin həmin raketlər bir tərəfdən Londonu bombalamaq və vahimə yaratmaq üçün, digər tərəfdən isə fanatik faşistlərə “son qələbə”yə inamı aşılamaq üçün istifadə olunurdu.

Ermənistan tərəfinin bəyanatını oxusaq, onların nasistlərlə eyni düşüncədə olduqlarını demək olar. Ancaq əvvəlki dövrün indiki ilə fərqi Böyük Britaniya və ABŞ-ın İkinci Dünya müharibəsində alman şəhərlərində mülki hava bombardmanında faşistlərlə eyni strategiyanı istifadə etmələridir. Hazırda Azərbaycan dinc sakinləri qorxutmaq üçün şəhərləri bombalamır. Azərbaycanın döyüş əməliyyatları cəbhə xətti ilə məhdudlaşır.

Paşinyan və Tonoyan “acı həbi udmamaq” üçün minlərlə həmvətənini həvəslə qurban verirlər.

Müharibənin son günlərində Hitler uşaqları ölməyə göndərdi, amma özü qorxaqca zəhərlənməyə və sona qədər mübarizə etməməyə üstünlük verdi. Paşinyan və Tonoyan özləri döyüşməyə hazırlaşırlarmı? Əlbəttə, xeyr. Amma ümid edirəm ki, nəhayət, onlar öz adamları tərəfindən məsuliyyətə cəlb olunacaqlar.

– Ekspertlər, o cümlədən Rusiya ekspertləri İrəvanı işğalçı qoşunlarının çıxarılması cədvəlini Azərbaycana təqdim edib, danışıqlar masası arxasına oturmağa çağırır. Amma Paşinyan buna cavab olaraq xalqını total müharibəyə səsləyir. O, hətta qadınlarından, transgenderlərdən və Birinci Qarabağ müharibəsi veteranlarından ibarət dəstələr formalaşdırır. Belə bir manyakal inadkarlığın səbəbi nədir?

– Hazırda Ermənistanın hərbi məğlubiyyətdən qaçmaq üçün yeganə yolu ciddi danışıqlardır. Lakin Azərbaycan Paşinyanın tam hərbi məğlubiyyətə uğramadan əvvəl ciddi danışıqlara gedəcəyinə ümid edə bilməz. Düşünürəm ki, Azərbaycan Ordusu Xankəndi və Şuşanın qapısına çatanda Paşinyan danışıqlar aparmağa məcbur olacaq. Ermənistan rəhbərliyi danışıqlara getməsə, Ermənistan ordusu bu şəhərlərdə külli miqdarda itkilər verilməli olacaq.

Son həftələrdə Ermənistan rəhbərliyində inadkarlığı və çoxlarının reallığı qəbul edə bilməməsini görürəm. Deyəsən, Qarabağın müdafiəsi üçün transqenderlərdən ibarət dəstələrin yaradılması ideyası tamamilə yeni səviyyəyə qalxır. Paşinyan bəlkə də Azərbaycan əsgərlərinin gülməkdən öləcəyinə ümid edir, transgender bölmələrinin Azərbaycan Ordusu üçün digər təhlükə yaradacağını görmürəm.

Məsələyə zarafatsız yanaşsaq, Paşinyan administrasiyası bu cür ideyalarla özünü Qərb tərəfdaşlarına nümayiş etdirir.

– Azərbaycan raket sistemlərini hətta Ermənistanın öz ərazisində olsa belə, məhv etmək hüququna malikdir. Bu hüquq nəyə əsaslanır?

– Bildiyimə görə, bu, artıq baş verib. Azərbaycan 4 S-300 erməni sistemini məhv edib. İki C-300 sisteminin məhv edilməsini nümayiş etdirən videogörüntülərin geolokasiyası göstərir ki, onlar Ermənistanın Qarabağın yaxınlığında yerləşən Sünik rayonunun David və Kaqnut kəndlərinin yaxınlığında yerləşiblər.

Əlbəttə, Azərbaycanın özünümüdafiə hüququ var. Bunu S-300-ün məhv edilməsi məsələsini şərh etməyən Moskva da bilir. Bu, Azərbaycanın Ermənistan daxilində raket sistemlərinə yalnız dəqiq zərbələr endirəcəyi təqdirdə Rusiyanın müdaxilə etməyəcəyinə dair aydın göstəricidir.

mənbə:axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*