Nikolayevdə rus işğalçıları ilə şiddətli döyüşlər gedir. Ukrayna hərbçiləri müdafiə olunmağı bacarır və düşmənin irəliləməsinə imkan vermir.
KONKRET.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb. Sərhədçilər gecə şəhərdə gedən şiddətli döyüşlərin videosunu da yayıblar.
Eyni zamanda Nikolayev sakinləri də çoxsaylı partlayış səslərinin gəldiyini bildiriblər.
Qeyd edək ki, martın 12-də Nikolayev vilayətində ukraynalı hərbçilər rus işğalçılarını Kiyev və Kropivnitski magistralları arasındakı “halqa”ya salaraq ponton bərəsini məqsədyönlü şəkildə məhv edib. Beləcə rusların çıxış yolunu kəsib. Bundan sonra Ukrayna Silahlı Qüvvələri düşmənə artilleriya zərbələri endirməyə başlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
