Nikolun bu sözü müharibənin başlanğıcı oldu – Savelyevbackend

Nikolun bu sözü müharibənin başlanğıcı oldu - Savelyev

Prezident İlham Əliyev və Nikol Paşinyanın iştirakı ilə Münhendə keçirilən debat əlamətdar hadisə idi. Çünki bu debat zamanı iki lider və ölkələr arasındakı uçurum bütün dünya siyasi elitası üçün aydın oldu.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Azərtac-a müsahibəsində bildirib.

“Azərbaycan və Ermənistan liderlərinin Münhen müzakirəsindən danışmazdan əvvəl bu hadisənin tarixçəsini xatırlatmaq istərdim. Qarabağ münaqişəsinin yenidən eskalasiyasının başlanğıcı Nikol Paşinyanın “Artsax Ermənistandır və nöqtə” bəyanatı oldu. Ermənistan baş nazirinin sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən tənqid olundu, Prezident İlham Əliyev isə “Valday” Beynəlxalq Diskussiya Klubunun tribunasından birmənalı şəkildə bildirdi: “Qarabağ Azərbaycandır və nida işarəsi”, bununla da o, erməni siyasətçilərinə ölkəsinin işğal olunmuş əraziləri azad etmək əzmində olduğunu çatdırdı”, – D.Savelyev qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*