Niyə onlara sosial yardım verilmir? – İqtisadçıdan cavabbackend

Niyə onlara sosial yardım verilmir? – İqtisadçıdan cavab

Son zamanlar müzakirə olunan və narazılıq yaradan məsələlərdən biri də sosial müavinətlərin verilməsi ilə bağlıdır. Belə ki, yoxsulluq həddində yaşayanlara ünvanlı sosial yardım verilir. Burada ailə başçısı işləsə də, adambaşına düşən gəlir yaşayış minimumdan az olduğuna görə ailəyə müavinət verilir. Lakin önəmli şərt həmin şəxsin rəsmi iş yerinin olmasıdır.

Sirr deyil ki, ölkədə minlərlə aztəminatlı ailə var və onların əksəriyyətinin rəsmi iş yeri yoxdur. Niyə bu cür sosial müavinətlər yalnız rəsmi işi olan şəxsə verilir?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bu yanaşmanın doğru olmadığını deyib:

“Qanunvericilikdə belə bir əcaib yanaşma var ki, işsizliklə bağlı ayrıca ödəniş nəzərdə tutulduğuna görə işsiz insanlar iş tapmaq üçün dövlətə müraciət etməlidirlər. İşlə əlaqədar müraciətdən sonra iş axtararkən onlara müəyyən ödənişlər edilir. Bundan başqa, onları işlə təmin etmək üçün müxtəlif yerlərə yönləndirirlər. Bu, təxmini 3-6 ay davam edir. Ondan sonra həmin şəxs əgər dövlətin təklif etdiyi işdən imtina edirsə, o zaman verilən yardım da dayandırılır. Amma yaşayış minimumunu təmin edə bilməyən, aşağı maaşlı şəxslərə ailə üzvünün sayına görə müavinət verilir. Yəni nədənsə Azərbaycanda belə bir yanaşma mövcuddur. Ona görə də bu cür mənzərə yaranır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*