“Noyabrın birinci ongünlüyündə təkcə Ermənistanın deyil, bütün regionun taleyi həll olunur” – Gevorkyanbackend

“Noyabrın birinci ongünlüyündə təkcə Ermənistanın deyil, bütün regionun taleyi həll olunur” - Gevorkyan

“Noyabrın birinci ongünlüyündə təkcə Ermənistanın deyil, bütün regionun taleyi həll olunur”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri siyasətçi Gevorq Gevorkyan səsləndirib:

“Bu evsiz adam (red-Paşinyan nəzərədə tutulur) sülhdən danışanda,  bu, bütün regionda uzun və dəhşətli müharibə olacağı anlamına gəlir. Azərbaycan Zəngəzur dəhlizi vasitəsi ilə Naxçıvanla quru əlaqəsini quran kimi, biz təkcə Ermənistanda deyil, bütün regionda sülhə son qoyacağıq. Üstəlik uzun müddətə. Çünki burada supergüclərin geosiyasi maraqları toqquşur” – deyə Gevorkyan vurğulayıb.

“İran Fars körfəzindən Qara dənizə quru əlaqəsi əldə etmək üçün mübarizə aparacaq və bunu rəsmi Tehran bildirib. Eyni zamanda rəsmi Tehran qonşuları ilə sərhədlərdə hər hansı dəyişikliyi qəbul etmədiyini vurğulayıb. Azərbaycan və Türkiyə isə nəyin bahasına olur-olsun  bu dəhlizi saxlamağa çalışacaq. Rusiya Federasiyası isə öz üstünlüyünü qorumaq üçün çoxşaxəli siyasətdən real addımlar atmağa məcbur olacaq. Gürcüstan isə  Azərbaycan və Türkiyəni narazı salan heç nə etməyəcək” – erməni siyasətçi bildirib.

“Əslində Zəngəzur dəhlizinin açılması ilə Cənubi Qafqaz hər an partlamağa hazır olan barıt çəlləyinə çevriləcək” -Gevorq Gevorqyan öz erməni xislətli sərsəm fikirlərini tamamlayıb.

Əslində isə Ermənistanın düşünə bilən beyinləri ilə yanaşı bütün region, o cümlədən dünya dövlətləri yaxşı bilirlər ki, Zəngəzur dəhlizinin açılması və blokadaya son qoyulması İrəvan da daxil bölgənin sürətli inkişafına böyük töhfə verəcək.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*