Nüşabə ilə videosu yayılan kişi danışdı – “Dünəndən bəri təzyiqim qalxıb”backend

Nüşabə ilə videosu yayılan kişi danışdı - "Dünəndən bəri təzyiqim qalxıb"

Müğənni Nüşabə Musayeva ilə rəqs edən şəxsin kimliyi məlum olub.

KONKRET.az xəbər verir ki, iddialarda onun mədəniyyət naziri Əbülfəs Qarayevin həbs edilən müavini Rafiq Bayramov olduğu bildirilsə də, əslində o, rəqqas Etibar Quliyevdir.

Məsələylə bağlı Azxeber.com-a danışan rəqqas videoya görə sarsıntı keçirdiyini deyib:

“Bu hadisə ilə bağlı evimizdə problem yaranıb. Övladlarım nişanlıdır, bu dəqiqə onların gözünün yaşı qurumur. Bu kim tərəfindən edilib, bilmirəm. Bütün əsəblərim pozulub, dünəndən bəri təzyiqim qalxıb”.

O deyib ki, nazir müavini kimi təqdim edilməsindən çox narahatdır:

“Mən sıradan bir rəqs müəllimi və ailə başçısıyam, nazir müavini deyiləm, həbs edilməmişəm. 42 yaşım var, indiyə kimi siyasətlə heç bir əlaqəm olmayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*