Nuşirəvan Məhərrəmli Prezidentinə müraciət etdibackend

Nuşirəvan Məhərrəmli Prezidentinə müraciət etdi

Milli Televiziya və Radio Şurası (MTRŞ) qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi və Şuranın ştatda olan işçilərinin sayının artırılması üçün ölkə Prezidentinə müraciət edib.

KONKRET.AZ xəbər verir ki, bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli APA TV-yə bildirib.

Onun sözlərinə görə, teleradio sahəsində daha sistemli monitorinq aparmaq üçün Şuranın işçilərinin sayının artırılmasına ehtiyac var: “Bəzən monitorinqi aparmaq üçün digər şöbələrin işçilərini cəlb edirik. MTRŞ fəaliyyətə başlayanda ölkədə 5 ümumrespublika yayımçısı var idi, indi isə 12 ümumrespublika yayımçısı var. Bundan əlavə regional kanallar, kabel televiziyaları fəaliyyət göstərir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*