O, bu hərəkəti ilə əsrin fırıldaqçısı kimi tanına bilər – Azərbaycanda qəribə olay + Fotolarbackend

O, bu hərəkəti ilə əsrin fırıldaqçısı kimi tanına bilər – Azərbaycanda qəribə olay + Fotolar

Yol pulu olmadı, rayon mərkəzinə gəlmək üçün təcili yardım çağırdı.

Konkret.az xəbər verir ki, Xaçmazda vətəndaş şəhərə gəlmək üçün maraqlı bir üsula əl atıb. O səhhətinin ağır olduğunu bildirərək yaşadığı qəsəbəyə təcili yardım çağırıb. Təcili yardım qeyd olunan ünvana çatanda, o, ürəyində ağrıların olduğunu deyib.

Amma çağırış briqadasında olan həkimin ilkin tibbi yardım göstərməsinə imkan verməyib. Həkimlər onu xəstəxanaya çatdırmaq üçün təcili yardım avtomobilinə mindiriblər.  Avtomobil şəhərin girişinə çatan kimi vətəndaş sürücüdən avtomobili saxlamasını istəyib. Sürücü maşını saxlayan kimi o, qapını açaraq təcili yardım avtomobilindən düşüb.

Xaçmaz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səyyaf Tağıyevin sözlərinə görə, hər gün təcili yardım xidmətinə bir neçə yalançı çağırış olur. Bu da digər çağırışlara vaxtında yetişməyə əngəl yaradır: ”Xaçmaz MRX-nin təcili yardım xidmətinin balansında 5 həkim briqadası var. Rayon əhalisinin sayı isə 170 mindən çoxdur. Gün ərzində 50-dən çox çağırış qeydə alınır. Çağırışa gedənə qədər hansının yalan, hansının doğru olduğunu bilmək olmur. Bu kimi çağırışları, adətən, gənclər edirlər. Hətta bir dəfə sevdiyi qızdan rədd cavabı alan şəxs vaxtaşırı qızın evinə təcili yardım çağırırdı”.

Səyyaf Tağıyev qeyd edib ki, təcili yardıma yalan çağırış edən vətəndaşlarla bağlı hüquq mühafizə orqanlarına məlumat veriləcək.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*