Əməkdar artist Vasif Məhərrəmli həmkarlarına səslənib.
KONKRET.az axsamaz-a istinadən xəbər verir ki, sənətçi “Rəngarəng” verilişində toylarda aldığı şabaşı sosial şəbəkədə paylaşan ifaçıları tənqid edib. O bildirib ki, insanlar sənətçilərin bu hərəkətinə gülürlər:
“Acizanə dərəcədə sizdən xahiş edirəm: toyda, nişanda əlinizə pul verəndə paylaşmayın. Bizə milyonlar baxır, siz kimlərinsə hissləri ilə oynayırsınız. Baxmayaraq orada böyük məbləğ yoxdur. Amma o pula ehtiyacı olanlar var. Eyni zamanda o pul kimlər üçünsə bir milçək vızıltısıdır. Onları da özünüzə güldürürsünüz”.
V.Məhərrəmli bildirib ki, həmkarı Manaf Ağayevin də yayımladığı eyni tərzdə olan videonu sildirib.
