Bir il öncə oğlu Rəhimi ağır yol qəzasında itirən müğənni İbrahim Borçalıdan xəbər var.
KONKRET.az xəbər verir ki, İbrahim sosial media hesabında oğlunun məzarı üstündə foto paylaşıb.
O, paylaşımına: “20 iyul…bir il necədə tez keçdi elə bil bir ay keçib” sözlərini yazıb.
İzləyiciləri İbrahimə Allahdan səbr diləyib, bəziləri isə onun saçlarının ağardığını görərək tanımaqda çətinlik çəkiblər.

