Oktyabrda yaz havası: istilər davam edəcəkbackend

Oktyabrda yaz havası: istilər davam edəcək

Əvvəlki illərdə oktyabr ayında daha isti günlər olub. Bu ay keçid ayı olduğu üçün havanın dəyişkən olması normaldır.

KONKRET.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

“Əvvəlki illərlə müqayisə etsək, rekord istilər qeydə alınmayıb. Hava bəzi günlərdə iqlim normasına yaxın, bəzi günlər də isə 3-4 dərəcə yüksək olub. Oktyabr ayının sonuna kimi ölkə ərazisində mühüm bir hava dəyişikliyi gözlənilmir. Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu aran rayonlarında 24-29, Bakıda və Abşeron yarımadasında 22-27, dağlıq və dağətəyi rayonlarda isə 15-20 dərəcə isti olacaq”, – Məmmədova bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*