Olaf Şolçun ETİRAFI: “Qalıq yanacaq erası başa çatır”backend

Olaf Şolçun ETİRAFI: "Qalıq yanacaq erası başa çatır"

“Qalıq yanacaq erası başa çatır. Bu isə sənaye proseslərində dəyişikliklərə səbəb olacaq”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Almaniya kansleri Olaf Şolç deyib.

Şolç həmçinin Berlinin Rusiya ilə ticarət əlaqələrini kəsdikdən sonra Almaniyanın qazla təmin edilməsində göstərdiyi köməyə görə Norveçə təşəkkür edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Almaniya iqtisadiyyatının rəqabət qabiliyyətini itirdiyini bildirib. Onun sözlərinə görə, Almaniya iqtisadiyyatında dönməz proseslər çoxdan başlayıb. Almaniya və digər Aİ ölkələri Ukraynada xüsusi əməliyyatın başlaması ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Bir müddət əvvəl Avropa Parlamentinin Almaniya üçün Alternativ (AfD) partiyasından olan üzvü Markus Bukhayt etiraf etmişdi ki, anti-Rusiya məhdudiyyətləri Berlinə Moskvadan daha çox ziyan vurur.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*