Olimpiya çempionu Hacımurad Ermənistan milli komandasının üzvü oldu – FOTObackend

Olimpiya çempionu Hacımurad Ermənistan milli komandasının üzvü oldu - FOTO

Bu gün Ermənistan sərbəst güləş üzrə yığmanın yeni bir üzvü təqdim edilib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, 2004-cü il Olimpiya çempionu olmuş Hacımurad Qaçalov rəsmi olaraq Ermənistan komandasının döyüşçüsü hesab ediləcək.

37 yaşlı Qaçalov 97 kq çəki dərəcəsində çıxış edəcək. Ancaq hələ ki, növbəti yarışlara getməyəcək.

Çünki artıq fevralın 10-16-da Romada Güləş üzrə Avropa Çempionatında bu çəki dərəcəsində Sarkis Hovsepyan (97 kq) çıxış edəcək.

İlk dəfə Qaçalov martın 19-22-də Budapeştdə Ermənistan bayrağı altında yarışlara qatılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*