Omikron ştamının bu simptomu yalnız gecələr görünür – Həkimlər AÇIQLADIbackend

Omikron ştamının bu simptomu yalnız gecələr görünür – Həkimlər AÇIQLADI

Koronavirusun Omikron ştamında yalnız gecələr görünən qeyri-adi bir simptom var.

KONKRET.az xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat  yayıb.

Yeni ştamın ilk aşkar edildiyi Cənubi Afrikadan olan həkimlər, Omikrona yoluxmuş xəstələrin gecə tərləmələrindən əziyyət çəkdiklərini bildiriblər. Əgər əvvəlcə davamlı öskürək, yüksək hərarət, qoxu və dadın itməsi koronavirus infeksiyasının əlamətləri hesab olunurdusa, indi xəstələrdə burun axması, başağrısı, yorğunluq, bədəndə ağrılar, həmçinin gecə tərləmələri müşahidə edilməyə başlayıb.

Terapevt Əmir Xan deyib ki, Omikron infeksiyasını aşkar etməyi asanlaşdırmaq üçün simptomlar NHS-də qeyd edilməlidir. Mütəxəssisin sözlərinə görə, “qırmızı zona”da olan xəstələr həqiqətən də paltar dəyişərkən tərləmənin artmasından şikayətlənirlər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*