Oniklə Nikolun savaşının səbəbi: Elita parçalanıbbackend

Oniklə Nikolun savaşının səbəbi: Elita parçalanıb

Ermənistanda baş verənlər elitanın parçalanmasıdır.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Aleksandr İsgəndəryan deyib.

“Elita daxilindəki qruplar arasında konflikt məxməri inqilabın ilk günündən bu yana mövcud idi. Bu konflikt bəzi peşəkar qruplara, o cümlədən hərbçilərə də aiddir. Hərbçilərdə bu konflikt uzun zaman latent formada qalıb. Biz hərbi rəhbərlikdə bir neçə təyinat və qovulma gördük. Bütün bunlar generallarla siyasi rəhbərlik arasında konfliktin görüntüsü idi. Müharibədən sonra konflikt gün üzünə çıxdı”, – deyə o bildirib.

Onun sözlərinə görə, generallarla hökumət arasında konfliktin indi üzə çıxmasına səbəb Ermənistanın savaşda uduzmasıdır: “Günahkarların axtarışına başlanıldı. Hərbi və siyasi elita müharibənin necə baş tutması və niyə uduzulmasına fərqli yanaşır. Ordu peşəkar mühitdir. Orada heç kəs 2018-ci il inqilabından sonra müdafiə sənayesinə qəfil təyin edilən şəxs deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*