“Onlar şəhəri axıra qədər qoruyub saxlayacaqlarına əmin deyildilər” – Paşinyandan yeni Şuşa AÇIQLAMASIbackend

“Onlar şəhəri axıra qədər qoruyub saxlayacaqlarına əmin deyildilər” – Paşinyandan yeni Şuşa AÇIQLAMASI

“Azərbaycanlılar Qarabağa qayıtmaq fikrindən heç vaxt əl çəkməyiblər. Şuşa hər zaman problemli olub”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan erməni icmasının nümayəndələri ilə görüşündə bildirib.

Paşinyan əlavə edib ki, bir zamanlar referendum keçirmək qərarı veriləndə Ermənistan tərəfi Qarabağdan olan azərbaycanlıları oranın tam hüquqlu sakinləri kimi tanıyıb və referendumda iştiraklarına razılıq verib: “Belə olan halda Dağlıq Qarabağın azərbaycanlı sakinləri harada məskunlaşacaqdı?. Əlbəttə ki, əvvəl yaşadıqları yerlərdə” – deyə Nikol ünvanladığı sualı özü cavablandırıb.

Daha sonra Paşinyan fikirlərini belə davam etdirib: “Bu 30 il ərzində Şuşa haqqında çox şey danışılıb. Bəs bu danışıqların fonunda orada neçə yaşayış binası tikilib? , təbii ki, heç bir bina inşa edilməyib. Bəs niyə tikilməyib? Pulları yox idi?. Cəfəngiyyatdır, onlar sadəcə şəhəri axıra qədər qoruyub saxlayacaqlarına əmin deyildilər. Düşünürəm ki, cavab açıqdır” – Paşinyan fikirlərini tamamlayıb.

Paşinyan ermənilərin ən böyük problemini son 30 ildə mövcud reallıqlarla üzləşməmələrində görüb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*