“Onlar sonradan zülmkar insanlara çevrilirlər” – Psixoloq müharibələrin uşaq psixikasına təsirindən DANIŞDIbackend

“Onlar sonradan zülmkar insanlara çevrilirlər” – Psixoloq müharibələrin uşaq psixikasına təsirindən DANIŞDI

Müharibə özü ilə həmişə fəlakətlər gətirir. Dağılmış şəhərlər, çoxsaylı qurbanlar, insan itkiləri, öldürülən uşaqlar – bunların hamısı müharibənin əsəridir. Müharibənin fəsadları uzun illər özünü göstərir, yaşanmış dəhşətlər müharibə şahidlərinin psixologiyasını zədələyir. Bu, psixologiyada “müharibə sindromu” adlanır. Muharibə bitsə də, onun iştirakçıları bir an belə həmin dəhşətləri unuda bilmirlər.

Psixoloq Gülnar Orucova mövzunu KONKRET.az-a şərh edib.

Onun sözlərinə görə, müharibə bitdikdən sonra özünü psixoloji tarazlığın pozulması, depressiyalar, psixi sarsıntılar və intiharlar formasında göstərməkdə davam edir:

“Müharibədən sonra hərbçilərdə, müharibə şahidlərində bir sıra psixoloji problemlər ortaya çıxır. Muharibələr təkcə dövlətlərin iqtisadiyyatını, infrastrukturunu çökdurmür, eləcə də insanların psixologiyasına sağalmaz yaralar vurur. Muharibələr daha çox uşaqların pisixologiyasını darmadağın edir. Müharibə uşaqların əlindən demək olar ki hər şeylərini alır. Onlar təhsildən, idmandan və əyləncələrdən kənarda qalır. Aclıq, yoxsulluq, daimi yaşayış yerlərinin olmaması, ətrafda olan səs-küy hər gün uşaqlara yeni bir stres yaşadır. Rusiya-Ukrayna müharibəsində, eləcə də İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar zamanı uşaqların ölümünü, onların gözü qarşısında valideynlərinin həlak olduğunu gördük. Bütün bunlar uşaq psixologiyasında çox dərin və unudulmaz izlər buraxır. Belə uşaqlar adətən sonradan aqressiv və zulmkar insanlara çevrilirlər. Onlar həlak olan valideynlərinin acısını ətrafdakılardan çıxmağa çalışırlar.

Ermənistanın ölkəmizə qarşı 30 illik təcavüzü zamanı bunun canlı şahidləri olduq. Hazırda isə Rusiya ilə Ukrayna arasında və Qəzza zolağında davam edən müharibələr uşaqların qayğısız, şən və firavan böyümələrinin qarşısını alır”.

Vaqif Nəcəfov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*