Onlardan bu arayış da tələb ediləcəkbackend

Onlardan bu arayış da tələb ediləcək

“Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin Siyahısı”nda dəyişiklik edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Əli Əsədov Qərar imzalayıb.

Dəyişikliklə valideynlərini itirməsinə və ya valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində yaşamış və bu müəssisələri tərk etdikdən sonra yaşayış yeri olmayan şəxsin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər siyahısına ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərini tərk etməsi ilə bağlı həmin müəssisələrin arayışı da daxil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*