Bəzi sürücülərin taksi fəaliyyətinə icazə verilməyəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək:
Nəticədə həmin sürücülərin taksi fəaliyyətinə də icazə verilməyəcək.