Ordumuz irəliləyir: Ərdoğan Rusiyanı belə neytrallaşdırdı… – Ekspertdən şərhbackend

Ordumuz irəliləyir: Ərdoğan Rusiyanı belə neytrallaşdırdı... - Ekspertdən şərh

“Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana verdiyi mənəvi dəstək olmasaydı, Rusiya ilk gündən müdaxilə edib, ordumuzun irəliləməsinə imkan verməzdi”.

KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Qabil Hüseynli deyib. O qeyd edib ki, Rusiya regionda hər zaman hegomonluq siyasəti aparmağa çalışıb. Amma hazırda Türkiyənin ortada olması, Azərbaycanı dəstəkləməsi, çox mühüm məsələdir:

“Bu, Rusiyanı münaqişəyə birbaşa müdaxilə etməkdən çəkindirir. Türkiyənin bölgədə sabitləşdirici rolu Rusiyanın müdaxiləsinin qarşısını alır. Həmçinin, Rusiya artıq əvvəlki gücə sahib deyil. Həm daxildə olan gərginlik, həm də xaricdən olunan təzyiqlər, sanksiyalar şimal qonşumuzu çətin vəziyyətə salıb. Buna görə də, Putin əsla Türkiyə ilə əlaqələrin pisləşməsini istəmir. İki ölkə arasında olan iqtisadi-siyasi əlaqələr, ortaq layihələr onun qarşısını kəsən amillərdir. Putin başa düşür ki, Türkiyə bölgədə nüfuzlu dövlətdir və onunla hər hansı bir gərginlik Rusiyaın xeyrinə olmayacaq”.

Politoloq Rusiyanın çöküşünü gözləyən dövlətlərin olduğunu bildirib:

“Rusiyanın səhvə yol verməsini gözləyən bir neçə böyük dövlətlər var. Onlar gözləyir ki, Rusiya bir səhv etsin və onlar bundan istifadə edib, sanksiya və ya başqa yolarla Moskvanı sıxışdırsınlar. Bu səbəbdən də Rusiya növbəti düşmən qazanmaq istəmir. Rusiya üçün Türkiyə ilə müttəfiq olmaq həm iqtisadi, həm də siyasi cəhətdən daha vacibdir. Bu müttəfiqlik Rusiyaya həm də yuxarıda qeyd etdiyim ölkələrə qarşı da istifadə də vacibdir”, – deyə Q.Hüseynli bildirib.  /Redaktor.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*