2024-cü ilin mart ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 140 792 nəfər olub.
Bu barədə KONKRET.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Onların 108 038 nəfəri yaşa, 14 640 nəfəri əlilliyə, 18 114 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alır.