Özbəkistanda bütün məktəblər sürətli İnternetə qoşulacaqbackend

Özbəkistanda bütün məktəblər sürətli İnternetə qoşulacaq

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistan Xalq Təhsili Nazirliyi ölkədəki bütün orta məktəblərin xüsusi “Təhsil” tarifinə keçirildiyini bildirib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, artıq 5 minə yaxın orta məktəbin bu tarifə qoşulduğu bildirilir. Genişzolaqlı İnternetə çıxışı olan digər məktəblərin də bu tarifə keçirilməsi üçün işlər aparılır.

500 şagirddən az olan məktəblər üçün İnternet bağlantısı sürəti 10 Mbit/s, 501-dən 1000 yerə qədər məktəblər üçün – 40 Mbit / s, 1000 və ya daha çox şagirdin olduğu məktəblər və informatika sahəsində ixtisaslaşmış tədris ocaqlarında – 100 Mbit/s internet veriləcək.

Yeni tariflə e-tədris mənbələri üzərində işləmək, əlavə təhsil üçün açıq onlayn kurslardan, YouTube və digər xarici platformalardan istifadə etmək mümkün olacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*