Özünü güllələyən polis rəisinin FOTOLARIbackend

Özünü güllələyən polis rəisinin FOTOLARI

Bu gün xidməti otağında özünü ürəyindən güllələyərək intihar edən polis rəisi Rahib Mirzəyevin fotosunu əldə etmişik.

KONKRET.az xəbər verir ki, Rahib Mirzəyev 2018-ci ilə kimi Nəsimi RPİ 19-cu Polis Bölməsinin rəisi olub. Həmin il nazirin əmri ilə 20-ci Polis Bölməsinə rəis təyin edilib. 2019-cu ilin iyun ayında isə Binəqədi RPİ 4-cü Polis Şöbəsinin rəisi olub.

R. Mirzəyev bu gün saat 11 radələrində otağında xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla özünü öldürüb.

O, nazirliyin Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır. S. Mirzəyev 2020-ci il iyun ayında təqaüdə göndərilib./qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*