İsveçli fəal Rasmus Paludan yenə Quranı yandırıb.
KONKRET.az xəbər verir ki, o, bu dəfə Rusiyanın Danimarkadakı səfirliyi qarşısını seçib. Paludan Quranın yanmasının “günahkar”larının da adlarını çəkib. Bunlar çeçen güləşçi Xamzat Çimayev və Çeçenistan rəhbəri Ramzan Kadırovdur.
“Quran yanır. Bu, çeçen güləşçi Xamzat Çimayevin, eləcə də Çeçenistan liderinin günahıdır. Onlar özlərini necə aparmağı öyrənsəydilər, Rusiya səfirliyinin qarşısında Quran yandırmağa ehtiyac qalmazdı”, – deyə Paludan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az