Ötən gün ABŞ prezidenti Co Bayden ölkə tarixinin ən böyük yardım paketlərindən birinə imza atıb. “ABŞ -ın xilas planı” adını alan paket 1,9 trilyon dollarlıq yardımı nəzərdə tutur. Həmin vəsaitin 400 milyard dolları pandemiya ilə mübarizəyə, 1 trilyon dollar isə əhaliyə maddi yardıma ayrılacaq. Amerikalılara 1400 dollar birdəfəlik yardım ediləcək.
Azərbaycanda da pandemiyadan demək olar ki, əhalinin bütün təbəqələri əziyyət çəkib, hamı maddi itkiylə üzləşib. Bu baxımdan maraqlıdır, ölkədə hər bir vətəndaşa bu cür yardım paketi ayrıla bilərmi?
KONKRET.az xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədov Azərbaycanda pandemiya ilə əlaqədar müəyyən yardımların onsuz da edildiyini xatırladıb:
“600 minə yaxın insana əlavə müavinətlər verildi. Düşünürəm ki, əhalinin hər bir təbəqəsi üçün yardım paketinin ayrılmasına ehtiyac yoxdur. Çünki buna ehtiyacı olmayan insanlar var. Lakin karantinin yenidən sərtləşdiriləcəyi halda ehtiyacı olanları müəyyən edib, onlara yardım etmək lazımdır”.
Deputat həmçinin karantin rejiminin yenidən sərtləşməsi ilə də razı olmadığını bildirib:
“Sərt karantin rejimi ölkə əhalisi, həmçinin dövlət üçün ciddi problemlər yaradır. İnsanlar işləyə bilmirlər. Qarşıdan Novruz bayramı gəlir, insanlar rayona gedib gəlməlidirlər, bölgələrdən gətirilən ərzaqlar sayəsində bazarlarda müəyyən qədər ucuzlaşma olur və.s. Bu baxımdan sərt karantin rejiminə getmək lazım deyil. Hətta məndən asılı olsaydı, rejimi bir balaca da yumşaldardım”./sfera.az/
Qeyd edək ki, ölkəmizdə bir neçə dəfə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara birdəfəlik ödəmə (190 manat) vəsaitləri köçürülüb.

Deputat hər ay min manat mayişin alır qoyur cibinə cənab prezidentin də kasıb ailələrə ayırdığı pulu da deputatlar yeyir prezident kasıb ailələrə pul ayıranda deputatlarin başına daş düşür o deyqə 190 manatı camatin gözünə soxurlar ki yardım edilib guya vahid əhmədov əyər 190 manatla kiminsə qarnı doydusa demək sənində qarnın doyar sən deptatliğdan çıx 3 dəfə sənə 190 manat verəcəklər ondan sonra get balanı nəylə dolandırırsan dolandir əyər gedib hansısa bir yerdə mənə köməklik eliyin desəz kişi deyilsiz siz gedin öz işinizə qarışın cənab prezidentin yerinə danışmayın o özü bilir neyniyir özü bilir ki Azərbaycan da kasıb ayle çoxdu vahid sən ət yeyib artirmisan bala get ətini rahat ye qoy şor yeyənlərə prezident yardım göstərsin sən dilini qarnına qoy erməni kimi düşmə millətin canına Amerika millətinə pul ayırır vahid deputatliğdan geri qalmış da deyir ki onsuzda ayrılıb də sən get öz yeməyinə bax birdə kasıblara bax ortalığda kişilənmə canəb prezidentimizə Allah uzun ömür versin inşallah sən kimi ət yeyib qizaranlarin həddini bildirəcək