Paralimpiyaçımız Almaniyada gümüş medal qazandıbackend

Paralimpiyaçımız Almaniyada gümüş medal qazandı

Azərbaycan para-üzgüçüsü Raman Saley Almaniyanın paytaxtı Berlində keçirilən paraüzgüçülük üzrə dünya seriyası yarışında gümüş medal qazanıb.

KONKRET.az xəbər verir ki, Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, Tokio-2020 Yay Paralimpiya Oyunlarının üçqat qalibi 100 metrə arxası üstə üzmədə 1:01.09 nəticə göstərib.

29 yaşlı idmançı bu nəticə ilə ikinci yeri tutub.

Qeyd edək ki, dünya seriyasında üç idmançı ilə təmsil olunan Azərbaycan millisi ümumilikdə 4 gümüş medal qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*