Partiya sədrinin müavininin işi ilə bağlı QƏRARbackend

Partiya sədrinin müavininin işi ilə bağlı QƏRAR

Binəqədi Rayon Məhkəməsində Gələcək Azərbaycan Partiyası (GAP) sədrinin müavini Aslan Həmidlinin barəsində yazılmış inzibati protokola baxılıb.

KONKRET.az xəbər verir ki, hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, inzibati protokol aidiyyəti üzrə Cəbrayıl Rayon Məhkəməsinə göndərilib.

Hazırda iş hakim Tərlan Nüsrətovun icraatına verilib.

Qeyd: Aslan Həmidlinin barəsidə protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır) maddəsinə əsasən tərtib olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*