“Paşinyan deyib ki, sərhəd kəndin ortasından keçə bilər” – Tavuş sakinləri ŞOKDA backend

"Paşinyan deyib ki, sərhəd kəndin ortasından keçə bilər" - Tavuş sakinləri ŞOKDA 

“Kirants sakinləri ümidlərini tamam itirblər, insanlar artıq ən pisini düşünürlər”.

KONKRET.az xəbər verir ki, bu sözləri Hayastan fraksiyasının deputatı Qeqam Nazaryan Paşinyanın tavuş bölgəsinin Kirants sakinləri ilə görüşünü şərh edərkən danışıb.

O bildirib ki, kənd sakinlərinin təkliflərindən heç biri məqbul hesab olunmayıb:

“Onlar istəyirdi ki, sərhəd heç olmasa sərhəd sovet dövründəki kimi olsun. Paşinyan isə bildirib ki, sərhəd hətta kəndin ortasından da keçə bilər.  Ərazidə sərhədçilərin dayanma ehtimalı var. Kiranitsa sakinləri indi şokdadırlar ki, qapını açıb Azərbaycan əsgərini görə bilərlər”, – deyə Nazaryan bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*