“Ermənistanda heç vaxt belə biabırçı seçki təşkil edilməyib və keçirilməyib”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bunu parlamentin “Ermənistan” fraksiyasından olan deputatı Armen Rustamyan noyabr-dekabr aylarında yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərlə bağlı fikir səsələndirərkən deyib:
“Yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə hakimiyyətin əli ilə “demokratiya” anlayışına nəhəng bir qəbirüstü abidə qoyuldu. Bu hakimiyyətin əzabları seçkilərin nəticələrindən sonra başlayacaq” – deyə Rustamyan vurğulayıb.
“Bu hakimiyyətin səriştəsizliyi və şərəfsiz davranışı ucbatından biz o yerə gəlmişik ki, Paşinyan dövlətin itirilməsi ilə nəticələnəcək həyati əhəmiyyətli güzəştlər yolu ilə gedir. Ermənistan hakimiyyətinin güzəşt məsələsində “qırmızı xətləri” yoxdur” – Rustamyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
