Paşinyan: “Ermənistan hökuməti seçkilərin keçirilməsində Qarabağ hakimiyyətini dəstəkləyəcək”backend

Paşinyan: "Ermənistan hökuməti seçkilərin keçirilməsində Qarabağ hakimiyyətini dəstəkləyəcək"

Baş nazir Nikol Paşinyan və separatçı rejimin başçısı Bako Sahakyan Xankəndidə qarşıdan gələn prezident seçkilərində iştirak etməyə hazırlaşan liderlərlə – Demokratik Partiyasının sədri, Milli Məclisin spikeri vəzifəsini icra edən Aşot Qulyan, Xarici İşlər Naziri vəzifəsini icra edən Masis Mayilyan və Azad Vətən Partiyasının sədri Araik Harutyunyanla görüşüblər.

KONKRET.az bildirir ki, görüşdə Mərkəzi Komitənin nümayəndəsi, parlamentin “Daşnaksütyun” fraksiyasından olan deputatı David İşxanyan da iştirak edib.

Görüş zamanı qondarma ölkədə qondarma seçkilərin təşkili və mövcud siyasi vəziyyət müzakirə edilib. Baş nazir Qarabağ münaqişəsinin nizamlanması, habelə ordu quruculuğu işləri barədə ətraflı danışıb.

Nikol Paşinyan 2020-ci ildə “Qarabağ”da azad, ədalətli, şəffaf və beynəlxalq standartlara uyğun prezident və parlament seçkilərinin keçirilməsinin vacibliyini qeyd edərək, Ermənistan hökumətinin bu məsələdə yerli hakimiyyətə ciddi dəstək verəcəyini vurğulayıb.

Bir cavab yazın