Paşinyan onu tənqid edən keçmiş silahdaşı Manukyandan belə qisas aldıbackend

Paşinyan onu tənqid edən keçmiş silahdaşı Manukyandan belə qisas aldı

Bir müddət xüsusi tapşırıqlar üzrə səfir işləmiş Edmon Marukyan son vaxtlar hökuməti fəal şəkildə tənqid edir. Bu isə Baş nazir Nikol Paşinyanın xoşuna gəlmir və onu Manukyan haqqında ölçü götürməyə vadar edir.

KONKRET.az xəbər verir ki, Paşinyan Manukyandan necə intiqam almağın yolunu tapıb.

Belə ki, Baş nazir keçmiş silahdaşı Edmond Marukyandan həyat yoldaşının işdən çıxarılmasına göstəriş verərək ntiqam almaq qərarına gəlib.

Bu barədə “Joxovurd” qəzeti məlumat dərc edib.

Məlumata görə, Tatev Matinyan 2023-cü ildə yaradılmış Erməni Arbitraj Mərkəzinin direktoru olub. Ancaq Baş nazirin qərarı ilə o, işdən azad edilib.

Paşinyanın sərəncamının səbəbi Marukyanın hakimiyyətin yürütdüyü xarici siyasətlə bağlı açıqlamalarındadır. “İşıqlı Ermənistan” partiyasının lideri son vaxtlar baş naziri və onun komandasını fəal şəkildə tənqid edir. Xatırladaq ki, Edmon Marukyan 2022-ci ilin martından 2024-cü ilin fevralına qədər Paşinyan hökumətində xüsusi tapşırıqlar üzrə səfir olub.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*