“Paşinyan Qafana gedə bilmir, çünki Azərbaycan…” – Qazaryanbackend

“Paşinyan Qafana gedə bilmir, çünki Azərbaycan...” - Qazaryan

“İki ildən sonra Ermənistan Baş naziri Nikol Paşinyan Gorus-Qafan magistral yolu ilə Qafana gedə bilmir”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Polşadakı keçmiş səfir Edqar Qazaryan deyib.

Eks-səfir Paşinyanın sonuncu dəfə Qafanda 2020-ci il yanvarın 24-də olduğunu bildirib.

Qazaryan artıq Qafan-Gorus yolunun bir hissəsinə (Azərbaycandan keçən hissəsinə – red.) Azərbaycan ordusunun nəzarət etdiyini deyib.

“İki il əvvəl burada jurnalistlərin qarşısında “cəsarətindən” həzz ala bilirdi. Amma cəmi iki il sonra, demək olar ki, eyni gündə, 24 yanvar 2022-ci il tarixində artıq Gorus-Qafan yolu ilə Qafana gedə bilmədi”, – sabiq diplomat qeyd edib./teleqraf/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*