Paşinyan rəsmən AÇIQLADI: “Azərbaycana qarşı hücum etmək…”backend

Paşinyan rəsmən AÇIQLADI: "Azərbaycana qarşı hücum etmək..."

Mən dəfələrlə bəyan etmişəm və indi də aydınlaşdırmağı zəruri hesab edirəm ki, Ermənistan 2022-ci il oktyabrın 6-da Praqada əldə edilmiş strateji razılaşmaya sadiqdir. Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini, Azərbaycan Respublikası isə Ermənistanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Alma-Ata bəyannaməsi iki ölkə arasında sərhədin delimitasiyası prinsipinin əsası kimi qeyd edildiyi üçün artıq hüquqi qüvvə qazanıb. Bu kontekstdə vurğulamağı zəruri hesab edirəm ki, ordumuz Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisindən kənarda istifadə edilməyəcək. Deməli, Ermənistanın Azərbaycana hücum etmək niyyəti yoxdur. Ermənistan ordusunda aparılan islahatların Azərbaycanla əlaqəsi yoxdur. Çünki yuxarıda izah etdiyim kimi, Ermənistanın Azərbaycana qarşı hər hansı hərbi əməliyyat keçirmək planı, niyyəti və məqsədi yoxdur. Regionda eskalasiya üçün heç bir ilkin şərt yoxdur. Üstəlik, sülh üçün bütün ilkin şərtlər yaradılıb”, – Paşinyan vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*