Paytaxtın mərkəzində 16 ildir tikintisi bitməyən binanın sahibi DANIŞDI: “Park yerimizə girib…” – FOTOLARbackend

Paytaxtın mərkəzində 16 ildir tikintisi bitməyən binanın sahibi DANIŞDI: “Park yerimizə girib…” - FOTOLAR

akı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi 84 ünvanında yerləşən 22 mərtəbəli yaşayış binası 2008-ci ildən bəri tikilməyə başlasa da, hələ də təhvil verilməyib.

KONKRET.az xəbər verir ki, Demokrat.az-a bununla bağlı bina sakinləri müraciət edib.

Müraciətdə sakinlər sözügedən binanı inşa edən “Xəzər İnşaat” tikinti şirkətinin rəhbəri, iş adamı İlham Rzayevdən şikayətçidirlər.

Sakinlər iddia edir ki, sahibkar İlham Rzayev binanın inşasını illərdir ki, bitirmək istəmir. Bu isə sakinlərin ciddi narazılığına səbəb olub.

Şikayət edənlər təkcə bina sakinləri deyil. Belə ki, ətraf binalarda yaşayan sakinlər də 16 ildir hələ də təhvil verilməyən binanın insanlar üçün yaratdığı təhlükələrə etiraz edirlər.

Sakinlərin digər şikayəti isə paytaxtın mərkəzində yerləşən binanın yarımçıq saxlanılaraq, üzərinin Azərbaycanın üçrəngli dövlət bayrağı ilə kamuflyaj edilməsidir.

Bu, ciddi qanun pozuntusu olmaqla yanaşı həm də Azərbaycan Bayrağına hörmətsizlikdir.

Şəhərin mərkəzində yerləşən və 16 ildir yarımçıq qalmış bina bu il Azərbaycanda keçiriləcək mötəbər COP29 tədbirinə də xələl gətirir.

Sözügedən iddialarla bağlı iş adamı İlham Rzayev bildirib ki, binanın yarımçıq qalmasına səbəb bəzi qurumların fəaliyyətidir:

“Bununla bağlı kimə lazımdısa, məlumat vermişik. Əslində mən sizə bu məlumatı verməməliyəm. Çünki kimə lazımdısa, məlumat vermişəm. Binanın inşası ilə bağlı “Baksovet” də, Dövlət Şəhərsalma Komitəsi də məlumatlıdır. Hamı bu işi yaxşı bilir. Hazırda iş məhkəmədədir. Park bizim yerimizə girib, biz də onları məhkəməyə vermişik.

2020-ci ildə orada park salınıb və ərazimizə daxil olublar, park üçün yer nəzərə alınmayıb. Amma yerinə hasar qoyulub. Biz də onları məhkəməyə vermişik. Məhkəmə ekspertiza da öz rəyini verib. İndi iş İnzibati Məhkəmədədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*