backend

“Pekin Moskvanı xilas etmək məcburiyyətindədirmi?!” – “South China Morning Post"-dan TƏHLİL

Bugünkü əsas vəzifə ilk növbədə Donbasın mülki əhalisini xilas etməkdir. Çünki, Kiyev səkkiz il öz vətəndaşlarına qarşı müharibə aparır.

2014-cü ildən ölkənin şərq rayonlarına qarşı aviasiya, artilleriya və reaktiv yaylım atəşi sistemlərindən istifadə olunub. Nəticədə mülki obyektlər məhv edilib. Bölgədə yerli sakinlərin qalıqları olan kütləvi məzarlıqlar aşkar edilib. Bu illər ərzində 14 min insan, o cümlədən 130 uşaq ultramillətçilərin qurbanı olub. Kiyev hakimiyyəti “DXR” və “LPR”-nin iqtisadi, nəqliyyat və ərzaq blokadasını bu gün də davam etdirməkdədir. Ölkəmiz dəfələrlə İnsan Haqları Şurasının diqqətini Donbasda baş verən vəhşiliklərə cəlb etməyə çalışsa da, nəticəsi olmayıb.

İndiki məqamda Rusiya Ukraynanın demilitarizasiyasında və denazifikasiyasında israrlıdır. Bu, ilk növbədə, bu ölkədə baş verənlərin bir daha təkrarlanmaması üçün lazımdır. 2014-cü ildə hakimiyyətə gələn ultramillətçilər neonasizm ideologiyasını fəal şəkildə yaymağa başladılar. Bu ideologiya çərçivəsində siyasi opponentlərə qarşı məhkəmədənkənar repressiyalar belə həyata keçirilib. Dissidentlər təqib edilib, arzuolunmaz KİV-lər bağlanıb. Ukraynanın hazırkı prezidenti “Yerli xalqlar haqqında” qanun layihəsinin qəbulunu təklif edib. Qəbul ediləcək yeni qanunda rusların yerli xalq kimi göstərilməməsi nəzərdə tutulub. Ən pisi də odur ki, son vaxtlar Ukraynada İkinci Dünya Müharibəsi ilə bağlı yalan məlumatlar fəal şəkildə yayılır və Hitlerin ukraynalı silahdaşları qəhrəman kimi təqdim edilir. Dini ayrı-seçkilik hər gün güclənir.

NATO Ukrayna ərazisindən ölkəmizə qarşı tramplin kimi istifadə etmək istəyir. Rusiya isə bu məsələdə Çin üçün ən yaxşı qalxandır. NATO alyansı ultramillətçiləri güclü şəkildə dəstəkləyərək Ukraynanı öz orbitinə cəlb edib. Ukrayna liderlərinin sözlərinə görə, bu il yanvarın ortalarından fevralın ortalarına qədər Ukrayna NATO ölkələrindən 2 min tona yaxın müasir silah, sursat və qoruyucu vasitələr alıb. Volodimir Zelenski Rusiyaya açıq şəkildə güc tətbiq etməklə və nüvə hərbi potensialı əldə etməklə hədələməyə başlayanda bizim sadəcə olaraq Moskvanı müdafiə etməkdən başqa seçimimiz qalmır.

“South China Morning Post, Honkoq. 5 mart 2022.
Tərcümə etdi: Lətif.A.
KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*