Pensiyaçılara ŞAD XƏBƏR! – Bu rayon və şəhərlər üzrə pensiyalar ödənildibackend

Pensiyaçılara ŞAD XƏBƏR! - Bu rayon və şəhərlər üzrə pensiyalar ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR üzrə iyun ayının pensiyalarının ödənişini həyata keçirib.

Nazirlikdən KONKRET.az-a verilən məlumata görə, pensiya vəsaitləri ümumilikdə 407 298 pensiyaçının bank hesablarına köçürülüb.

Respublikanın digər şəhər və rayonları üzrə, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyaçıların (857 092 pensiyaçı) iyun ayı üzrə pensiyasının da müəyyən olunmuş qrafik üzrə onların bank hesablarına köçürülməsi təmin olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*