Pentaqon: “Rus əsgərləri fərarilik edərək döyüşdən qaçır”backend

Pentaqon: "Rus əsgərləri fərarilik edərək döyüşdən qaçır"

Rusiya ordusunun əsgərləri Ukrayna ilə döyüşməkdən imtina edirlər.

KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçinin sözlərinə görə, Rusiya orusunun döyüş qabiliyyətinin aşağı düşdüyünə dair sübutlar var:

“Biz Rusiya ordusunda artan nizam-intizam və mənəvi problemlərin əlamətlərini görməkdə davam edirik. Bütün səviyyələrdə olan rus əsgərlərinin postlarını necə tərk etmələri və ya döyüşdən qaçmaları haqqında çoxlu məlumatlar var. Biz bunu ukraynalılarla söhbətlərdə də görürük”.

Bundan əvvəl də Britaniya kəşfiyyatı MI6-nın rəhbəri Riçard Mur rus hərbiçilərinin yaxın bir neçə həftə ərzində fasilə verə biləcəyini qeyd edib.

“Düşünürəm ki, onların enerjisi tükənmək üzrədir. Bizim qiymətləndirməmiz ondan ibarətdir ki, ruslar üçün növbəti həftələrdə işçi qüvvəsini təmin etmək getdikcə çətinləşəcək”, – Riçard Mur deyib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da rus ordusunda fərarilik hallarının artdığını bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*