Peskov: “Puqaçova Rusiya əleyhinə heç nə deməyib, əri Qalkinlə isə yollarımız ayrıdır” – VİDEObackend

Peskov: "Puqaçova Rusiya əleyhinə heç nə deməyib, əri Qalkinlə isə yollarımız ayrıdır" - VİDEO

“Alla Puqaçovadan Rusiya əleyhinə bir dənə də olsun açıqlama eşitməmişəm, amma onun əri Qalkin çox pis bəyanatlar verib”.

KONKRET.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, müğənni Alla Puqaçovadan Rusiya əleyhinə bir açıqlama da eşitməyib. Amma onun həyat yoldaşı Maksim Qalkinin ölkə ilə bağlı açıqlamalarından sonra onunla açıq-aydın eyni yolda deyillər.

“Mən Alla Puqaçovadan bircə dənə qəbuledilməz bəyanat eşitməmişəm. Bəli, onun əri çox pis bəyanatlar verib, onunla yollarımız ayrıdır”, – deyə Kreml sözçüsü bildirib.

Peskov əlavə edib ki, Putin və Puqaçova arasında normal münasibətlər var, onlar tanışdırlar və bir neçə dəfə görüşüblər.

O, həmçinin qeyd edib ki, bir sıra sənət adamları ölkə haqqında “tamamilə ədəbsiz və qəbuledilməz bəyanatlarla sözün əsl mənasında ləkələniblər”.

“Bu, ayrı bir mövzudur və bunlar açıq şəkildə bizimlə eyni yolda olmayan şəxslərdir”.- deyə Peskov əlavə edib

Rusiyanın Ukraynada “xüsusi əməliyyatı” başlayandan sonra Puqaçova ailəsi ilə birlikdə müalicə üçün İsrailə gedib. İyul ayında o, övladları ilə Latviyaya gedib,  orada əri Maksim Qalkin də ona qoşulub. Sənətçinin tanışları  onun ölkədə dərman çatışmazlığı səbəbindən xaricə getdiyini bildiriblər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*