Qarşıdakı qış bizdən çox şeyi tələb edəcək.
KONKRET.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel COVİD-19-la mübarizə barədə danışarkən deyib.
O bildirib ki, pandemiya həyatımızda müəyyən rol oynamaqda davam edəcək:
“Eyni zamanda, bu, virusla heç vaxt qarşılaşmayacağıq anlamına gəlmir. Peyvənd hazırlanması ilə bağlı işlər aparılır. Etibarlı peyvənd hazır olduqdan sonra tez bir zamanda xəstə baxıcıları və xəstələr bundan yararlana biləcək”.
