Polis anasını bıçaqlayan şəxsi güllələdi – MOSKVADAbackend

Polis anasını bıçaqlayan şəxsi güllələdi - MOSKVADA

KONKRET.az-ın Rusiya bürosu xəbər verir ki, Moskvanın cənub-şərqində polis əməkdaşları anasına bıçaqla hücum edən və asayiş keşikçilərinə müqavimət göstərməyə çalışan şəxsi güllələyərək öldürüblər. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

35 yaşlı Vladislav B. anasına bir neçə bıçaq xəsarəti yetirib, bundan sonra qadın polisə zəng vurub. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələndə kişi onlara müqavimət göstərib və tapançaya bənzər silahla polisləri hədələməyə başlayıb. Nəticədə o, polislər tərəfindən güllələnib.

Xəbər verilir ki, yaralı olan ananın vəziyyəti qənaətbəxşdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*